Digər
AB büdcə ilə bağlı razılığa gələ bilmədi
Brüsseldə keçirilən sammitdə AB ölkələrinin liderləri 2028–2034-cü illəri əhatə edən uzunmüddətli ittifaq büdcəsi ilə bağlı razılığa gələ bilməyiblər.
Axar.az xəbər verir ki, bu barədə Almaniya kansleri Fridrix Merz deyib.
“Aydındır ki, büdcənin formalaşdırılması ilə bağlı baxışlarımız arasında ciddi fərqlər var. Danışıqların hazırkı mərhələsini nəzərə alsaq, bu, təəccüblü deyil. Hamımız başa düşürük ki, bu ziddiyyətli mövqeləri yaxınlaşdırmaq üçün vaxt və ciddi siyasi iradə tələb olunacaq”, - o bildirib.
Merz qeyd edib ki, intensiv müzakirələr gözlənildiyi kimi davam edib və razılığa gəlmək üçün növbəti cəhd dekabrın 17-18-də keçiriləcək Avropa Şurasının sammitində göstəriləcək.
Mənbə
axar.az