Dünya
"Ya işdən çıxın, ya da Papua-Yeni Qvineyaya gedin" - Latviya şirkətindən qeyri-adi tələb
Latviyanın "AirBaltic" aviaşirkəti pilotlarını və stüardessalarını işdən çıxarılmaqla Papua-Yeni Qvineyaya göndərilmək arasında seçim etmək məcburiyyətində qoyub. Oxu.Az "Reuters" agentliyinə istinadla xəbər verir ki, aviaşirkət maliyyə vəsaitlərinin azalması səbəbindən bu cür addımlar atmaq məcburiyyətində qalıb. Yanacağın bahalaşması və ABŞ-İran münaqişəsi nəticəsində yaranan maliyyə çətinlikləri səbəbindən "AirBaltic" ilin sonunadək təyyarə parkındakı "Airbus A220-300" laynerlərinin sayını 54-dən 36-ya endirməyi planlaşdırır. Sentyabrda şirkət ABŞ-də iflasla bağlı müraciət edib, oktyabrda isə 500-700 iş yerinin ixtisar olunacağını və gələn il yenidənqurma prosesini başa çatdıracağını açıqlayıb. Aviaşirkət əməkdaşlarına könüllü şəkildə işdən ayrılmağı, daha aşağı vəzifəyə keçməyi və ya Papua-Yeni Qvineyada fəaliyyət göstərən "Air Niugini" şirkətində çalışmağı təklif edir. Əməkdaşların digər şirkətə keçidi aviaşirkətlər arasındakı razılaşma əsasında baş tutacaq. Lakin həmkarlar ittifaqı ilə məsləhətləşmələrin aparılmaması Latviya və Avropa İttifaqının qanunvericiliyinə zidd ola bilər. İşçilərin bu qeyri-adi təklifə necə reaksiya verdikləri hələlik məlum deyil.
Mənbə
oxu.az
Oxşar Xəbərlər