Cəmiyyət

Ağdərəyə qayıdan Sahib Quliyev: "Ailəmlə 32 ildən sonra doğma yurduma qayıdıram"

27 Nov 2026, 07:32 2 baxış
Ağdərəyə qayıdan Sahib Quliyev: "Ailəmlə 32 ildən sonra doğma yurduma qayıdıram"
"32 ildən sonra doğma yurduma qayıdıram. Bu günə çox şükür". Oxu. Az-ın məlumatına görə, bunu bu gün növbəti köç karvanı ilə Ağdərə rayonuna qayıdan keçmiş məcburi köçkün Sahib Quliyev deyib. O, 28-29 yaşlarında doğma yurdunu tərk etmək məcburiyyətində qalıb: "Hazırda 61 yaşım var və doğma yurduma qayıdıram, çox xoşbəxtəm. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Allah Prezidentimizə uzun ömür versin. Bu günə çox şükür ki, öz torpağımıza qayıdırıq". O qeyd edib ki, doğma yurdunu tərk edərkən anası, bacısı və qardaşı ilə birlikdə olub. Lakin illər ərzində onların hər üçünü itirib. "Çox təəssüf ki, qardaşımı, bacımı, anamı itirdim. İndi Allaha şükür, dörd nəfərlə qayıdıram: iki oğlum, həyat yoldaşım və özüm", - deyə o bildirib.
Mənbə oxu.az

Oxşar Xəbərlər