Digər

Diqqət: Gicitkən ölümə səbəb ola bilərmiş

27 Nov 2026, 08:30 1 baxış
Diqqət: Gicitkən ölümə səbəb ola bilərmiş

Türkiyədə gicitkənli yumurta yeyən bacılardan biri ölüb, digəri isə xəstəxanaya yerləşdirilib. Faydası ilə tanınan gicitkənin ölümə səbəb olması insanlar arasında çaşqınlıq yaradıb.


Məsələ ilə bağlı Axar.az-a danışan allerqoloq Aytəkin Həsənzadə bildirib ki, belə bir hal mümkündür.


“Gicitkən çox böyük allergenliyə məxsus olan bir bitkidir. Görünür bacılardan birinin orqanizmi digərinə nəzərən daha həssas olub və dərhal aqressiv reaksiya verib.


Qeyd edim ki, ölümün dəqiq səbəbini bilmirik. Əgər qadın allergiyadan ölübsə, burada iki ehtimalı nəzərə almaq olar. Birincisi, qırtlaq ödəmidir. Dərhal xəstədə boğulma halı baş verir və o, nəfəs ala bilmir.


İkincisi də daha aqressiv reaksiyadır. Qida qəbulundan sonra saniyələr içində xəstənin təzyiqi düşür. Əgər bu halda ilkin yardım göstərilməsə, nəticələri çox ağır olur”.

Mənbə axar.az

Oxşar Xəbərlər