Digər
Azərbaycanın 7 milyardlıq qeyri-neft ixracı: Böyük Britaniya liderdir
2026-cı ilin 10 ayı ərzində Azərbaycan Böyük Britaniyaya 3 milyard 479 milyon 653 min ABŞ dolları dəyərində qeyri-neft məhsulu ixrac edib. Oxu.Az bu barədə Dövlət Gömrük Komitəsinin məlumatına istinadən xəbər verir. Hesabat dövründə Azərbaycanın ümumi qeyri-neft ixracı 7.06 milyard dollar təşkil edib. Bunun 49.3 faizi Böyük Britaniyanın payına düşüb. Qeyri-neft məhsullarının ixrac olunduğu ölkələr arasında Rusiya 974.1 milyon dollarla ikinci, Türkiyə isə 519.2 milyon dollarla üçüncü yerdə qərarlaşıb. Gürcüstana qeyri-neft ixracının dəyəri 504.3 milyon dollar olub.
Mənbə
oxu.az