Cəmiyyət

Bakı metrosunda 36 vaqon xətdən çıxarılıb: Səbəb - Özəl

26 Nov 2026, 18:16 4 baxış
Bakı metrosunda 36 vaqon xətdən çıxarılıb: Səbəb - Özəl
2025-2026-cı illər ərzində Bakı metrosunda ümumilikdə 36 vaqon istismardan kənarlaşdırılıb. Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq "Bakı Metropoliteni" QSC-dən məlumat verilib. Bildirilib ki, hazırda həmin vaqonların utilizasiyası ilə bağlı zəruri sənədləşdirmə prosedurları aparılır: "Proses qanunvericiliyin tələblərinə uyğun şəkildə təşkil olunur. Bu, başa çatdıqdan sonra vaqonların utilizasiyası aidiyyəti dövlət qurumu tərəfindən həyata keçiriləcək". Məlumata əsasən, Bakı Metropolitenində vaqon parkının yenilənməsi istehsalçı müəssisənin müəyyən etdiyi istismar müddəti, texniki göstəricilər və normativ tələblər nəzərə alınmaqla reallaşır. Bəlli istismar müddətini başa vurmuş vaqonlar müvafiq qaydada xətlərdən çıxarılır.
Mənbə oxu.az

Oxşar Xəbərlər