İdman

"Sabah" - "Barselona" oyununda dubl edən futbolçu Çempionlar Liqasında həftənin ən yaxşısı seçildi

26 Nov 2026, 18:50 4 baxış
"Sabah" - "Barselona" oyununda dubl edən futbolçu Çempionlar Liqasında həftənin ən yaxşısı seçildi
"Barselona"nın hücumçusu Entoni Qordon UEFA Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu seçilib. Oxu.Az bu barədə UEFA-nın rəsmi saytına istinadən xəbər verir. İngiltərəli futbolçu turnirin əsas mərhələsinin V turunda "Sabah"la keçirilən oyunda dubl edib. Qarşılaşma Kataloniya təmsilçisinin 4:1 hesablı qələbəsi ilə başa çatıb. Qordon səsvermədə "Real Madrid"in hücumçusu Kilian Mbappeni, "Leypsiq"in cinah hücumçusu Antonio Nusanı və "Real Betis"in hücumçusu Kuço Ernandesi qabaqlayıb. Qeyd edək ki, Qordon Çempionlar Liqasının cari mövsümündə indiyədək beş oyunda iştirak edib və üç qola imza atıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər