Siyasət

Estoniya XİN rəhbəri Azərbaycana gəlir

26 Nov 2026, 18:49 3 baxış
Estoniya XİN rəhbəri Azərbaycana gəlir

Estoniyanın xarici işlər naziri Marqus Tsaxna Azərbaycana gələcək.


Axar.az xəbər verir ki, bu barədə Estoniyanın Xarici İşlər Nazirliyi X səhifəsində məlumat yayıb.


Səfərin noyabrın 27-də baş tutması gözlənilir.


Səfər çərçivəsində Bakıda Estoniyanın Azərbaycandakı səfirliyinin rəsmi açılış mərasimi keçiriləcək.


Marqus Tsaxna səfər zamanı bir sıra rəsmi görüşlərdə iştirak edəcək


Görüşlərdə ikitərəfli əməkdaşlığın genişləndirilməsi, xüsusilə biznes, innovasiya və rəqəmsal idarəetmə sahələrində əlaqələrin inkişafı müzakirə olunacaq.

Mənbə axar.az

Oxşar Xəbərlər