İdman

Asiya Çempionlar Liqasında hakim qalmaqalının əsl səbəbi açıqlandı

26 Nov 2026, 17:36 4 baxış
Asiya Çempionlar Liqasında hakim qalmaqalının əsl səbəbi açıqlandı
Asiya Çempionlar Liqasının II turnirində "Əl-Cəzirə" və "Göhar" komandaları arasında keçirilən matçın (1:0) baş hakiminin davranışının səhhətində yaranan problemlə bağlı olduğu bildirilir. Oxu.Az xəbər verir ki, suriyalı hakim Hənna Xəttab qarşılaşmanın fasiləsində oyundan kənarlaşdırılıb və onu ehtiyat hakim əvəzləyib. İran təmsilçisi "Göhar"ın futbolçuları hakimin qeyri-adekvat davranışına etiraz olaraq ikinci hissəyə çıxmaqdan imtina ediblər. Klub nümayəndələri onun sərxoş olduğunu ehtimal ediblər. Lakin "Actu SPL" nəşrinin iranlı jurnalist Ərfan Hüseyniyə istinadən yaydığı məlumata görə, tibbi müayinə zamanı hakimin qan şəkərinin kəskin aşağı düşdüyü müəyyənləşib. Bildirilir ki, hadisəyə Xəttabın uzun uçuşdan sonra yorğun düşməsi də səbəb ola bilər. Belə ki, Braziliyada yaşayan suriyalı hakimin oyunlara gəlmək üçün səfəri 15 saata qədər davam edə bilər. Qarşılaşmadan sonra Hənna Xəttab sosial şəbəkə hesabında paylaşım edərək Suriya Futbol Federasiyasının rəsmi açıqlamasını gözlədiyini bildirib. O, şəxsi həyatına və nüfuzuna qarşı yönələn müdaxilələri də pisləyib.
Mənbə oxu.az

Oxşar Xəbərlər