Kriminal

Yevlaxda məktəbdə tüstülənmə: Zəhərlənənlər var

25 Nov 2026, 18:06 2 baxış
Yevlaxda məktəbdə tüstülənmə: Zəhərlənənlər var
Yevlaxda məktəbdə tüstülənmə olub, zəhərlənənlər var. Oxu.Az-ın məlumatına görə, hadisə Yevlax rayon Vasif Mövsümov adına Gülövşə kənd tam orta ümumtəhsil məktəbində qeydə alınıb. Qeyd olunub ki, pelet sobasının tıxanması səbəbindən tüstülənmə olub. Hadisə zamanı bir neçə nəfər tüstüdən zəhərlənib. Mərkəzi-Aran Regional Təhsil İdarəsindən bildirilib ki, məktəbdə əvvəlcədən yanğın təhlükəsizliyi ilə bağlı görülmüş tədbirlər sayəsində hadisənin yayılmasının qarşısı alınıb, şagirdlər və müəllimlər təxliyə planına uyğun olaraq təhlükəsiz yerə təxliyə ediliblər. Tüstülənmə nəticəsində direktor, katib-makinaçı, 2 nəfər texniki işçi özünü pis hiss edib və təcili tibbi yardıma müraciət olunub. Onların səhhəti diqqət mərkəzində saxlanılır. Hazırda aidiyyəti qurum tərəfindən hadisənin səbəbləri araşdırılır. Yusuf Məmmədli
Mənbə oxu.az

Oxşar Xəbərlər