İdman
"Sabah" "Barselona"ya 7-0 hesabı ilə məğlub oldu
"Sabah"ın 19 yaşadək futbolçulardan ibarət komandası UEFA Gənclər Liqasında “Barselona” komandasının müvafiq yaş qrupu ilə qarşılaşıb.
Axar.az xəbər verir ki, "Bank Respublika Arena"da keçirilən matç İspaniya təmsilçisinin qələbəsi ilə başa çatıb – 0-7.
"Sabah" U-19 (Azərbaycan) - "Barselona" U-19 (İspaniya) - 0-7
Qollar: Rodriqez, 62, Qistau, 65, 75, Mixal, 82, Buil, 83, Tavares, 89, Fofana, 90+1
Qırmızı vərəqə: Bakare, 33 ("Sabah")
Qeyd edək ki, Adino Mustedanaqiçin baş məşqçisi olduğu "Sabah" U-19 əvvəlki 4 matçın hamısında məğlub olub. Komanda hazırda turnir cədvəlində 36-cı pillədə qərarlaşır.
Mənbə
axar.az