Digər
Azərbaycanda doqquz milyon manatlıq kino layihəsi: Üç filmə nə qədər pul xərclənib? - Foto
"Azərbaycan irsinə səyahət" layihəsi çərçivəsində bədii filmlərin çəkilməsi üçün doqquz milyon manat məbləğində vəsait ayrılıb". Bunu Oxu.Az-ın sualına cavab olaraq Mədəniyyət Nazirliyinin tabeliyində Kino Agentliyinin (ARKA) baş direktoru Rəşad Əzizov deyib. O bildirib ki, hazırda infosessiyası keçirilən üç filmin çəkilməsi ("Azıx mağarası: Azərbaycan beşiyi", "İşquz dövləti", "Memar Əcəmi: Daşlara yazılan tale") üçün 2 milyon manatdan bir qədər artıq vəsait xərclənib:
"Burada ayrılan vəsaitlər filmdən filmə dəyişir. Bu məsələdə həm xronometraj, həm də bədii səhnələrin ağır olub-olmaması rol oynayır". O qeyd edib ki, ARKA bütün maliyyə resurslarının ayrılmasına nəzarət edir, hətta burada süni intellekt datasından da istifadə edilir, tam şəffaflıq qorunur.

Mənbə
oxu.az
Oxşar Xəbərlər