Digər
Xırdalan və Abşeronun bir sıra yaşayış məntəqələrinin yolları yenilənəcək - Siyahı
Xırdalan şəhərində və Abşeron rayonunun bir neçə qəsəbəsində yolların əsaslı təmiri aparılacaq. Oxu.Az-ın məlumatına görə, bununla bağlı müvafiq prosedur başa çatıb. Belə ki, Abşeron rayonu, Xırdalan şəhəri, Saray, Mehdiabad, Ceyranbatan, Digah və Şəfəq qəsəbələri, Novxanı, Masazır və Fatmayı kəndlərində yolların əsaslı təmiri aparılacaq. Sözügedən layihəyə 2 milyon 769 min 849 manat xərclənəcək. Təmir ediləcək yolların siyahısı ilə buradan tanış ola bilərsiniz.
Mənbə
oxu.az
Oxşar Xəbərlər