Digər
Fatimə parlamentin iclasına körpəsi ilə qatıldı - Video
Avstraliya senatoru Fatimə Payman parlamentin iclasına körpəsi ilə qatılaraq diqqət çəkib.
Axar.az Globalinfo.az-a istinadla xəbər verir ki, senator iclas boyunca körpəsini qucağında saxlayıb.
Digər senatorlar da körpəyə biganə qalmayıb, bəziləri onu əyləndirməyə çalışıblar.
Parlamentdə yaşanan bu anlar sosial şəbəkələrdə də maraq doğurub.
Hadisə parlamentdə çalışan valideynlərin, xüsusilə anaların, övladları ilə birgə iş həyatında iştirak imkanları və bu istiqamətdə yaradılan şərait məsələsini bir daha gündəmə gətirib.
Mənbə
axar.az