Dünya

Ermənistanın sabiq müdafiə nazirinə qarşı yeni cinayət işi açıldı

25 Nov 2026, 16:38 4 baxış
Ermənistanın sabiq müdafiə nazirinə qarşı yeni cinayət işi açıldı
Ermənistanın sabiq müdafiə naziri David Tonoyana vəzifə səlahiyyətlərindən sui-istifadə ilə bağlı cinayət işi çərçivəsində yeni ittiham irəli sürülüb. Oxu.Az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb. İşin materiallarına əsasən, Tonoyan ehtiyatsızlıqdan ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərini aşmaqda günahlandırılır. Ermənistan Müdafiə Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsinin keçmiş rəisi Noravar Yolçyan da eyni iş üzrə təqsirləndirilir və ona Tonoyana köməklik göstərmək ittihamı verilib. İttiham tərəfinin versiyasına görə, onların əməlləri dövlətin qanuni maraqlarına ciddi ziyan vurub və ehtiyatsızlıqdan ağır fəsadlara yol açıb. Qeyd olunur ki, noyabrın 24-də cinayət işi məhkəmənin icraatına verilib. Xatırladaq ki, 2021-ci ilin sentyabrında Tonoyanın adı yararsız aviasiya sursatlarının alınması ilə bağlı cinayət işində hallanıb. Həmin iş çərçivəsində sabiq nazir həbs edilmişdi. 2024-cü ilin avqustunda isə o, girov müqabilində həbsdən azad olunub.
Mənbə oxu.az

Oxşar Xəbərlər