Cəmiyyət

Eldar Zeynalov 330 məcburi köçkünlə görüşüb

25 Nov 2026, 16:52 4 baxış
Eldar Zeynalov 330 məcburi köçkünlə görüşüb

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Aparatının rəhbəri, işğaldan azad olunmuş ərazilərdə daimi məskunlaşmanın təşkili üzrə komissiyanın sədri Eldar Zeynalov noyabr ayı ərzində vətəndaşların 8 qəbulunu keçirib. Qəbullarda 330 məcburi köçkün iştirak edib.


Axar.az xəbər verir ki, aparat rəhbərinin fərdi qaydada qəbul etdiyi məcburi köçkünlər doğma yurda qayıtmaq istəklərini bildirib, bu istiqamətdə dövlətin həyata keçirdiyi tədbirlərindən razılıq ifadə ediblər.


Vətəndaşların müraciətləri, əsasən, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, kommunal xidmətlər, status, vahid aylıq müavinət, məşğulluq, işğaldan azad olunmuş ərazilərə qayıdış və digər məsələlərlə əlaqədar olub.


Onlara bildirilib ki, müraciətləri və qaldırdıqları məsələlər araşdırılacaq, qanunvericiliyə uyğun şəkildə cavablandırılacaq.

Mənbə axar.az

Oxşar Xəbərlər