Digər

Bakıda usta işlədiyi evdən 80 min dollar oğurladı

23 Nov 2026, 17:36 1 baxış
Bakıda usta işlədiyi evdən 80 min dollar oğurladı
Bakıda dəmir seyfdən pul oğurlamaqda təqsirləndirilən Sərxan Məmmədovun cinayət işinin məhkəmə araşdırması yekunlaşıb. Oxu.Az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Hafiz Kamranovun sədrliyi ilə keçirilən yekun prosesdə prokuror təqsirləndirilənin 7 il 6 ay azadlıqdan məhrum olunmasını məhkəməyə təklif edib. Müşavirədən sonra hökm elan olunaraq Sərxan Məmmədov 5 il 6 ay azadlıqdan məhrum edilib. Qeyd edək ki, hadisə 2026-cı ilin martında Bakının Sabunçu rayonunda baş verib. Sərxan Məmmədov usta kimi işlədiyi evin ikinci mərtəbəsinə pəncərədən daxil olaraq otaqdakı seyfin qapısını çəkiclə sındırıb və seyfdən 80 min dollar oğurlayaraq hadisə yerindən qaçıb. Keçirilmiş tədbirlərlə Sərxan Məmmədov saxlanılaraq istintaqa təhvil verilib və oğurlanmış pulun sahibinə qaytarılması təmin edilib. Təqsirləndirilənə qarşı Cinayət Məcəlləsinin 177.3.2-ci (oğurluq - külli miqdarda ziyan vurduqda) maddəsi ilə ittiham irəli sürülüb. Elgün Həsənli
Mənbə oxu.az

Oxşar Xəbərlər