Cəmiyyət
Gürcüstan prezidenti olmaq istəyən azərbaycanlı azadlığa buraxıldı
Azərbaycanlı ictimai fəal Daşqın Gülməmmədov azadlığa buraxılıb. Oxu.Az-ın məlumatına görə, Gürcüstan Prezidenti Mixeil Kavelaşvilinin müvafiq əfv sərəncamı D.Gülməmmədova da şamil edilib. Xatırladaq ki, D.Gülməmmədov 2002-ci ildən 2011-ci ilə qədər Gürcüstan Azərbaycanlıları Milli Assambleyasına rəhbərlik edib. O, 2009-cu ildə Azərbaycanda həbsdə olub. Daşqın Gülməmmədov tanışını dövlət qurumlarından birində işə düzəltmək adı ilə aldadaraq onun 5 min dollarını mənimsəməkdə ittiham olunmuşdu. D.Gülməmmədov 2025-ci ildə Gürcüstanda həbs olunub. O, Gürcüstan Cinayət Məcəlləsinin 151.2-ci (ailə üzvünə qarşı ölüm və ya sağlamlığa zərər vurma hədəsi) maddəsində təqsirləndirilib və 3 il azadlıqdan məhrum edilib. Xatırladaq ki, D.Gülməmmədov 2013-cü ildə Gürcüstan prezidentliyinə namizədliyini irəli sürmüşdü.
Mənbə
oxu.az