İdman

"Milan"dan böyükhesablı qələbə

22 Nov 2026, 23:08 4 baxış
"Milan"dan böyükhesablı qələbə
İtaliya A Seriyasının 12-ci turunda "Milan" və "Frozinone" komandaları arasında keçirilən görüş başa çatıb. "San-Siro" stadionunda baş tutan qarşılaşma meydan sahiblərinin 5:1 hesablı qələbəsi ilə yekunlaşıb. Oxu.Az xəbər verir ki, görüşdə hesab artıq 4-cü dəqiqədə açılıb. "Frozinone"nin müdafiəçisi Qabriele Kalvani topu öz qapısına göndərib. 19-cu dəqiqədə Qonsalo Ramos hesabda fərqi iki topa çatdırıb. Altı dəqiqə sonra qonaqların yarımmüdafiəçisi Patritsio Mazini fərqi azaldıb. 48-ci dəqiqədə Milan təmsilçisinin yarımmüdafiəçisi Ardon Yaşari hesabı 3:1 edib. 60-cı dəqiqədə Alfaco Sisse, 68-ci dəqiqədə isə Kristian Pulişiç daha iki qol vuraraq matçın yekun nəticəsini müəyyənləşdiriblər. Bu qələbədən sonra "Milan" 27 xalla turnir cədvəlinin dördüncü pilləsində qərarlaşıb. "Frozinone" isə 20 xalla yeddinci yerdədir.
Mənbə oxu.az

Oxşar Xəbərlər