İdman
Parataekvondo üzrə milli komandamız dünya çempionatında kubokla mükafatlandırıldı - Foto
Parataekvondo üzrə milli komandamız dünya çempionatını 5-ci sırada tamamlayıb, kubokla mükafatlandırılıb. Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Milli Paralimpiya Komitəsi məlumat yayıb. Cənubi Koreyanın Muju şəhərində keçirilən parataekvondo üzrə dünya çempionatında milli komandamız 1 qızıl və 1 bürünc medal qazanaraq yekunda 5-ci yeri tutub. K44 kateqoriyası üzrə kişilər arasında isə komandamız dünya çempionatını ikinci pillədə başa vurub. Paralimpiya Oyunlarının proqramına daxil olan K44 və qeyri-paralimpiya kateqoriyası K41 üzrə medalların ümumi sayına əsasən sıralamada yer alan komandamızın heyətində Sabir Zeynalov (58 kq) dünya çempionu, İmaməddin Xəlilov (70 kq) isə bürünc medalçı olub. Yarışda gənc parataekvondoçularımız Amin Əliyev (63 kq) və Səmayə Həsənova da (47 kq) debüt ediblər. Dünya çempionatının yekunlarına əsasən, milli komandamızın 5-ci yeri tutmasına görə kubok baş məşqçimiz Fərid Tağızadəyə təqdim olunub.
{{gallery}}
{{gallery}}
Mənbə
oxu.az