Kriminal

Bakıda dönər almaq üçün yolu keçən gənci avtomobil vurub öldürdü

22 Nov 2026, 23:48 6 baxış
Bakıda dönər almaq üçün yolu keçən gənci avtomobil vurub öldürdü
Bakıda 27 yaşlı piyadanı avtomobil vuraraq öldürüb. Oxu.az-ın məlumatına görə, Zabrat qəsəbəsində, 1999-cu il təvəllüdlü Çərkəz Elnur oğlu Fətullayev yolu qarşıya keçmək istəyən zaman avtomobil onu vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Qeyd edək ki, mərhum öz avtomobilini yolun kənarında saxlayıb dönər almaq üçün yolu qarşı tərəfə keçmək istəyib. Faktla bağlı araşdırma aparılır. Yusuf Məmmədli
Mənbə oxu.az

Oxşar Xəbərlər