İdman

Poçettinonun uğursuz debütü: "Liverpul" "Mançester Yunayted"i darmadağın etdi - Video

22 Nov 2026, 22:32 7 baxış
Poçettinonun uğursuz debütü: "Liverpul" "Mançester Yunayted"i darmadağın etdi - Video
İngiltərə Premyer Liqasının 11-ci turunda "Liverpul" və "Mançester Yunayted" komandaları arasında keçirilən görüş başa çatıb. Meydan sahibləri 4:0 hesabı ilə qələbə qazanıblar. Qarşılaşma Liverpul şəhərindəki "Enfild" stadionunda baş tutub. Oxu.Az xəbər verir ki, bu, Maurisio Poçettinonun "Mançester Yunayted"in baş məşqçisi kimi debüt matçı olub.

Matçın 8-ci dəqiqəsində qonaqların müdafiəçisi Lenni Yoro qırmızı vərəqə alaraq meydandan qovulub. 10-cu dəqiqədə Dominik Soboslai cərimə zərbəsindən hesabı açıb. 13-cü dəqiqədə Florian Virts fərqi iki topa çatdırıb. 66-cı dəqiqədə Rio Nqumoa hesabı 3:0 edib. 82-ci dəqiqədə isə Viktor Munyos "Liverpul"un dördüncü qolunu vurub. Bu qələbədən sonra "Liverpul" 21 xalla turnir cədvəlinin dördüncü pilləsində qərarlaşıb. "Mançester Yunayted" isə səkkiz xalla 19-cu yerdədir.
Mənbə oxu.az

Oxşar Xəbərlər