İdman

U-19 millimiz Farer adalarını məğlub etdi

17 Nov 2026, 22:18 3 baxış
U-19 millimiz Farer adalarını məğlub etdi

19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsinin II raundunda ilk qələbəsini qazanıb.


Axar.az xəbər verir ki, Farer adalarının müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşan millimiz səfərdə 2:0 hesabı ilə qalib gəlib.


Azərbaycan millisinin qollarını 16-cı dəqiqədə Ümid Səlimov, 67-ci dəqiqədə isə penaltidən Mustafa Kamara vurub.


Xatırladaq ki, U-19 millimiz əvvəlki oyunlarında Monteneqroya 2:7, Serbiyaya isə 0:4 hesabı ilə məğlub olub.

Mənbə axar.az

Oxşar Xəbərlər