İdman
Braziliya millisindən darmadağın: Vinisius het-trik etdi - Video
Futbol üzrə Braziliya millisi beynəlxalq yoldaşlıq görüşündə Sinqapur yığmasına böyük hesabla qalib gəlib. Oxu.Az xəbər verir ki, Sinqapur Milli Stadionunda keçirilən qarşılaşma Cənubi Amerika təmsilçisinin 7:0 hesablı qələbəsi ilə başa çatıb.
Matçın əsas qəhrəmanı Vinisius Junior olub. O, 9, 15 və 21-ci dəqiqələrdə rəqib qapısına yol taparaq het-trikə imza atıb. Braziliya yığmasının digər qollarını Endrik (31-ci dəqiqə), Estevao (51-ci dəqiqə) və Rayan (65-ci dəqiqə) vurublar. Sinqapur millisinin futbolçusu Raul Suhaymi isə 74-cü dəqiqədə avtoqola imza atıb.

Mənbə
oxu.az