Dünya
Dünyanın müxtəlif ölkələrində "Apple" xidmətləri çökdü
Dünyanın müxtəlif ölkələrində istifadəçilər "Apple" şirkətinin xidmət və tətbiqlərinin işində fasilələrlə üzləşiblər. Oxu.Az "Downdetector" portalının məlumatlarına istinadən xəbər verir ki, problemlərlə bağlı çoxsaylı şikayətlər saat 21:00-dan etibarən daxil olmağa başlayıb. Bəzi "iPhone" istifadəçiləri tətbiqləri yükləyə bilmədiklərini bildiriblər. Yükləmə cəhdi zamanı ekranda serverlə əlaqənin qurulmadığı barədə bildiriş görünür. Digər istifadəçilər isə yeni cihazları aktivləşdirməkdə və şəxsi hesablarına daxil olmaqda çətinlik çəkdiklərini qeyd ediblər. Problemlərlə bağlı dünyanın müxtəlif ölkələrindən şikayətlər daxil olur. İstifadəçilər "Apple Pay" və "iCloud" xidmətlərinin işində də nasazlıqlar yarandığını bildirirlər.
Mənbə
oxu.az