İdman

Millimiz Oman üzərində ikinci dəfə qələbə qazandı

17 Nov 2026, 19:54 6 baxış
Millimiz Oman üzərində ikinci dəfə qələbə qazandı

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Omanın U-23 yığması ilə ikinci yoxlama oyununu keçirib.


Axar.az xəbər verir ki, "Bank Respublika Arena"da baş tutan qarşılaşma millimizin 4:2 hesablı qələbəsi ilə bitib.


Azərbaycan komandasının qollarını Elgün Dünyamalıyev (28), Əli Xəlilov (42), İlkin Cəfərli (65) və Niyazi Osmanov (78) vurublar.


Qeyd edək ki, Omanın U-23 komandasına qarşı keçirilən ilk yoxlama matçında seçməmiz 2:1 hesablı qələbə qazanmışdı.

Mənbə axar.az

Oxşar Xəbərlər