Şou biznes
Əfsanəvi "Briqada"nın "Kosmos"undan etiraf: Çəkilişlərdən sonra nə işlə məşğul olub? - Foto
"Briqada" serialında "Kosmos" obrazını canlandıran rusiyalı aktyor Dmitri Dyujev onu məşhurlaşdıranfilmin çəkilişlərindən sonra pul qazanmaq üçün taksi sürücüsü kimi işləməli olduğunu etiraf edib. Oxu.Az-ın xəbərinə görə, bu barədə "Komsomolskaya Pravda" nəşri məlumat verib. "Mən "Briqada" serialında çəkildim. Yeni təkliflər gəlmədi, çünki film ictimaiyyəti düşünürdü ki, bəlkə biz həqiqətən real kriminal şəxslərik. Aclıq dövrü idi", - deyə aktyor bildirib.
Aktyor həmin dövrlə bağlı səsləndirdiyi detallar arasında naviqatorların olmamasını vurğulayıb. "O vaxtlar biz xəritələrə əsasən hərəkət edirdik, onları işarələyirdik və tapırdıq", - deyə o qeyd edib. Dmitri Dyujev taksi xidmətində rəsmi olaraq işə qəbul olunduğu və ya şəxsi daşımalarla məşğul olduğu ilə bağlı açıqlama verməyib. Aktyorun sözlərinə görə, "Briqada" ekranlara çıxdıqdan sonra taksidəki fəaliyyətini başa vurmalı olub, çünki sərnişinlər "Kosmos"u tanımağa başlayıblar və ulduzun bu əlavə qazancına təəccübləniblər. "Elə bu da səbəb oldu ki, artıq taksi sürücüsü kimi əlavə pul qazana bilmədim. Ona görə də "Şaxta baba" rolunu oynamağa başladım", - deyə Dyujev qeyd edib.

Mənbə
oxu.az