Şou biznes

Təcavüz qalmaqalı: Jerar Depardye təqsirini etiraf etdi

16 Nov 2026, 16:38 6 baxış
Təcavüz qalmaqalı: Jerar Depardye təqsirini etiraf etdi
Tanınmış fransalı aktyor Jerar Depardye təcavüz ittihamı üzrə təqsirini etiraf edib, eləcə də zərərçəkmişlərdən üzr istəyib. Oxu.Az-ın xəbərinə görə, bu barədə BFMTV telekanalı məlumat verib. Bundan əlavə, Jerar Depardye 2021-ci ildə "Yaşıl Panjurlar" filminin çəkilişləri zamanı iki qadına qarşı cinsi zorakılıq işi üzrə apellyasiya şikayətindən rəsmi olaraq imtina edib. "Ədalət qərarını verdi. Mən günahkar bilindim. Bu hökmü qəbul edirəm", - deyə aktyor bildirib. O, zərərçəkmiş ola biləcək insanlardan səmimi şəkildə üzr istəyib. Aktyor iddia edib ki, heç vaxt rastlaşdığı qadınları incitmək niyyətində olmayıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər