Cəmiyyət

Eldar İsmayılov təqaüdə göndərilir

17 Nov 2026, 21:16 4 baxış
Eldar İsmayılov təqaüdə göndərilir
Bakı Ağır Cinayətlər Məhkəməsinin daha bir tanınmış hakimi təqaüdə göndərilir. Oxu.Az-ın əldə etdiyi məlumata görə, hakim Eldar İsmayılov hakimlik fəaliyyətini başa vurur. Bildirilib ki, 19 noyabr 2026-cı il tarixində onun Bakı Ağır Cinayətlər Məhkəməsində sonuncu iş günü olacaq. Qeyd edək ki, Eldar İsmayılov 1993-2011-ci illərdə Milli Təhlükəsizlik Nazirliyində mühüm işlər üzrə baş müstəntiq vəzifəsində çalışıb. O, eyni zamanda, 2010-cu ildən Bakı Ağır Cinayətlər Məhkəməsində hakim kimi fəaliyyət göstərib. O, fəaliyyəti dövründə ictimai rezonans doğuran bir sıra cinayət işləri üzrə məhkəmə araşdırmalarına sədrlik etməsi ilə tanınıb. Qeyd edək ki, 2025-ci il noyabrın 5-də Bakı Ağır Cinayətlər Məhkəməsinin üç hakimi - Novruz Kərimov, Cavid Hüseynov və Rasim Sadıxov yaş həddi ilə əlaqədar təqaüdə göndəriliblər. Elgün Həsənli
Mənbə oxu.az

Oxşar Xəbərlər