Cəmiyyət

Rusiyada faciəli şəkildə ölən azərbaycanlının nəşi Vətənə gətirildi

17 Nov 2026, 21:24 3 baxış
Rusiyada faciəli şəkildə ölən azərbaycanlının nəşi Vətənə gətirildi
Rusiyada faciəli şəkildə həlak olan Azərbaycan vətəndaşı Vüqar İsmayılovun nəşi Vətənə gətirilib. Oxu.Az-ın əldə etdiyi məlumata görə, mərhum Salyan rayonunda dəfn olunacaq. Qeyd edək ki, yol-nəqliyyat hadisəsi bir neçə gün əvvəl Kalmıkiya Respublikasının paytaxtı Elista şəhərinin yaxınlığındakı magistral yolda baş verib. Belə ki, Azərbaycan vətəndaşının idarə etdiyi DAF markalı yük avtomobili "Mercedes" markalı yük avtomobili və "Volkswagen" markalı mikroavtobusla toqquşub. Qəza nəticəsində Vüqar İsmayılov aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib. İqbal Ziya
Mənbə oxu.az

Oxşar Xəbərlər