Dünya
"Hamınız rədd olun" - Konstantin Ernst öz kanalının jurnalistlərinə sərt cavab verdi - Video
Rusiyanın "Birinci kanal"ının baş direktoru Konstantin Ernst öz telekanalının jurnalistlərinə müsahibə verməkdən imtina edib. Oxu.Az Spletnik.ru-ya istinadən xəbər verir ki, hadisə noyabrın 11-də "Xudojestvennıy" kinoteatrında baş verib. Kinoteatrda şair Vladimir Mayakovski ilə Lili Brik arasındakı münasibətlərdən bəhs edən "Lilya" filmi nümayiş olunub.
Filmin prodüseri Konstantin Ernstdən müsahibə almaq istəyən telekanalın jurnalistləri onun sərt reaksiyası ilə üzləşiblər. Yayılan görüntülərdə telekanalın əməkdaşlarından birinin jurnalistlərin yanından keçən 65 yaşlı Ernstə sual ünvanladığı görünür. Baş direktor isə onlara müsahibə verəcək sonuncu adamın özü olduğunu deyib. "Əzizlərim, hamınız rədd olun. Sizə müsahibə verəcək sonuncu adam mənəm. Mən qonaqları qəbul edirəm", - deyə Ernst bildirib. Telekanal rəhbərinin reaksiyasını əks etdirən görüntülər qısa müddətdə sosial şəbəkələrdə yayılıb. Bir çox istifadəçi Ernsti jurnalistlərin əməyinə hörmətsiz yanaşdığına görə tənqid edib.

Mənbə
oxu.az
Oxşar Xəbərlər