İdman

Türkiyə millisi Sergenin rəhbərliyi altında ilk matçında Belçikaya uduzdu

12 Nov 2026, 23:00 2 baxış
Türkiyə millisi Sergenin rəhbərliyi altında ilk matçında Belçikaya uduzdu
UEFA Millətlər Liqasında qrup mərhələsinin növbəti oyunları çərçivəsində Türkiyə millisi baş məşqçi Sergen Yalçının rəhbərliyi altında ilk matçında Belçika yığması ilə qarşılaşıb. Oxu.Az xəbər verir ki, İzmir şəhərində keçirilən A Liqasının I qrupunun matçı qonaqların qələbəsi ilə yekunlaşıb - 1:2. Matçın 20-ci dəqiqəsində meydan sahiblərinin vingeri Arda Güler hesabı açıb. 27-ci dəqiqədə yarımmüdafiəçi Kevin De Bruyne bərabərliyi təmin edib. 30-cu dəqiqədə isə hücumçu Şarl De Ketelare Belçika yığmasını hesabda önə çıxarıb. Bu nəticədən sonra Belçika Millətlər Liqasında xallarının sayını doqquza çatdıraraq qrupda ikinci pilləyə yüksəlib. Türkiyə millisi isə 0 xalla sonuncu yerdə qalıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər