Digər
Türkmənistan ordusunda gözlənilməz dəyişiklik - Video
Baku TV-nin "Hərbi xronika" verilişinin budəfəki buraxılışında Türkmənistan Silahlı Qüvvələrinin strukturu və hərbi imkanları, arsenalına daxil edilən müasir silah sistemləri və ölkənin müdafiə strategiyası təhlil olunub.
Bildirilib ki, bir müddət əvvəl Hindistanın Ermənistana satdığı "Akaş" Hava Hücumundan Müdafiə sisteminin Türkmənistan ordusuna da satıldığı barədə Hindistan tərəfinin yaydığı məlumat diqqəti Orta Asiyanın mətbuata açıq olmayan bu ölkəsinə yönəldib. Uzun müddət neytrallıq siyasəti yürüdən Türkmənistanın ordunun təminatı üçün hərəkətə keçməsi və silah alışında tərəfdaş kimi Hindistanı seçməsi maraq yaradıb. İlk baxışdan aşkar bir təhdid və ya toqquşma riski ilə üz-üzə olmayan Türkmənistanın ordu quruculuğu baxımından fəaliyyəti hər zaman bir qədər kölgədədir. Bəs əslində, bu ölkənin belə bir fəaliyyəti və ya ümumiyyətlə, diqqətəlayiq bir ordusu varmı?

Mənbə
oxu.az