Dünya

"Nvidia"nın eşq macəralarında adı hallanan rəhbəri istefa verdi

12 Nov 2026, 18:20 1 baxış
"Nvidia"nın eşq macəralarında adı hallanan rəhbəri istefa verdi
Amerikalı sahibkar Censen Huanq "Nvidia"nın prezidenti, baş icraçı direktoru (CEO) və direktorlar şurasının üzvü vəzifələrindən ayrılıb. Oxu.Az xəbər verir ki, bu barədə şirkətin rəsmi saytında yayımlanan press-relizdə məlumat verilib. Direktorlar şurası Censen Huanqın hər üç vəzifədən ayrıldığını açıqlayıb. "Nvidia" fəaliyyətini fasiləsiz davam etdirəcəyini və müştəriləri qarşısındakı öhdəliklərini yerinə yetirəcəyini vurğulayıb. Şirkət daimi baş icraçı direktor vəzifəsinə namizəd axtarışına başlayıb. * Qalmaqalların mərkəzində olan "Nvidia" rəhbərinin yeni eşq macərası üzə çıxdı - Foto * Sevgilisi casus olan şirkət rəhbərinin yerini kim tutacaq? Direktorlar şurası Kollett Kressi müvəqqəti baş icraçı direktor təyin edib. O, 2013-cü ildən "Nvidia"da çalışır və yeni təyinatadək şirkətin icraçı vitse-prezidenti və maliyyə direktoru vəzifələrini tutub. Kress "Nvidia"ya qoşulmazdan əvvəl təxminən 25 il ərzində "Cisco" və "Microsoft" da daxil olmaqla aparıcı texnologiya şirkətlərində müxtəlif vəzifələrdə çalışıb. Direktorlar şurası ilk dəfə sədr vəzifəsini də təsis edib. Bu vəzifəyə vençur investoru Harvi K. Cons təyin olunub.
"Nvidia"nın eşq macəralarında adı hallanan rəhbəri istefa verdi
Mənbə oxu.az

Oxşar Xəbərlər