İqtisadiyyat

Hesablama Palatası büdcə layihəsinə yenidən baxılmasını təklif etdi

12 Nov 2026, 12:20 3 baxış
Hesablama Palatası büdcə layihəsinə yenidən baxılmasını təklif etdi
Hesablama Palatası "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" Qanun layihəsinə yenidən baxılmasını tövsiyə edib. Oxu.Az xəbər verir ki, bununla bağlı təklifi Hesablama Palatası sədrinin müavini Nəsir Sadıqov Parlamentin Gənclər və idman, İctimai birliklər və dini qurumlar, Mədəniyyət komitələrinin birgə iclasında büdcə zərfinin müzakirəsi zamanı deyib. O bildirib ki, dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilməsi nəzərdə tutulan məqsədli proqramların bütün xərclərinin ayrıca sətirlə əks etdirilməsi lazımdır: "Bəzi sahələrdə xərc normativlərinin olmaması, onların yenilənməsinin dövlət büdcəsinə ayrılan vəsaitlərini qənaətlə istifadə edilməməsinə və ya təyinatının dəyişdirilməməsinə şərait yaradılması, yaranması və meyarların tətbiqinə mənfi təsir etməsi fonda xərc normativlərinin yenidən işlənməsi lazımdır. Həmçinin təklifimiz dövlət sifarişləri üzrə mexanizmin təkmilləşdirilməsi, bu sifarişin formalaşdırılması prosesinin elektronlaşdırılmasıdır. Açıq büdcə indeksində ölkəmizin mövqeyinin yaxşılaşdırılması kimi hədəflərini reallaşdırması məqsədilə büdcə sənədləşməsinin təkmilləşdirilməsi, "Büdcə Sistemi Haqqında" Qanunun 12-16-cı maddələrinin, yəni bu dövlət büdcəsinin layihəsinin hazırlanması prosesində öz əksini tapan maddələr və məlumatlılıqla bağlı Hesablama Palatasının təkliflərinin diqqətdə saxlanılması təklif olunur. Təkliflərdə sənədləşmə ilə bağlı tələblər, 18-20-ci maddələr, yəni dövlət büdcəsinin icrası ilə bağlı məlumatlılıq və hesabatlılıqla əlaqədar maddələr yer alır".
Mənbə oxu.az

Oxşar Xəbərlər