Azərbaycan OPEK+ üzrə kvotadan 104 min barrel geri qalıb
2026-ci ilin oktyabrında Azərbaycanın gündəlik neft hasilatı orta hesabla 447 min barrel olub.
Axar.az Teleqraf-a istinadən xəbər verir ki, bu barədə Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEK) aylıq hesabatında bildirilib.
Məlumata görə, sentyabr ilə müqayisədə hasilatın həcmində 4 min barrel azalma olub.
2026-cı ilin birinci rübündə gündəlik neft hasilatı orta hesabla 454 min barrel, ikinci rübündə 456 min barrel, üçüncü rübündə isə 450 barrel təşkil edib.
Qeyd edək ki, Azərbaycanın OPEK+ (OPEK və bəzi qeyri-OPEK neft istehsalçılarından ibarət alyans) çərçivəsində hazırkı xam neft hasilat kvotası gündəlik 551 min barreldir. Azərbaycan ötən ay OPEK+ çərçivəsində kvotadan 104 min barrel geridə qalıb.