Siyasət
Onlarla məzar daşı, XIX əsrə aid yazılar və unudulmayan tarix: Molla Eyyublunun silinən keçmişi - Foto/Video
Qərbi Azərbaycan tarixən yüzminlərlə azərbaycanlının yaşadığı coğrafi məkandır. Bu gün həmin ərazilərdə soydaşlarımızın izləri silinmək istənilsə də, Qərbi Azərbaycandakı qədim məskənlərimizi xatırlamaq və bu barədə məlumatlı olmaq hər birimizin borcudur. "Qərbi Azərbaycanın yaddaş yerləri" layihəsinin məqsədi məhz öz yurdlarından didərgin salınmış soydaşlarımızın doğma-yurd yuvaları barədə məlumatları gənc nəslin diqqətinə çatdırmaqdır. "Qərbi Azərbaycanın yaddaş yerləri" "AZfront" və Kuzari təxəllüsü ilə fəaliyyət göstərən ukraynalı tarixçinin birgə layihəsidir. Layihə "Yoxa çıxmış sivilizasiya - Gözə dəyməyən fəlakət" tarixi araşdırması əsasında hazırlanıb. 2021-2024-cü illərdə aparılan çöl tədqiqatları zamanı müasir Ermənistan ərazisində vaxtilə azərbaycanlıların əcdadlarının yaşadığı 600-ə qədər kənd üzrə foto və videomateriallar toplanıb. Həmin yaşayış məntəqələrinin tarixi, əhalisi və türk mədəni-tarixi irsinin qalıqları - qəbiristanlıqlar, pirlər, məscidlər və digər abidələr barədə məlumatlar sistemləşdirilib. Layihə çərçivəsində hər kənd haqqında Azərbaycan, rus və ingilis dillərində video, həmçinin tarixi mənbələrə əsaslanan ayrıca mətn hazırlanıb. Materiallar kənd-kənd mərhələli şəkildə təqdim ediləcək. Oxu.Az xəbər verir ki, layihə çərçivəsində növbəti material Molla Eyyublu kəndi haqqındadır.
Kənd 1995-ci ildən Ermənistanın Lori vilayətinin tərkibindədir. Çar Rusiyası dövründə kənd Tiflis quberniyasının Borçalı qəzasının tərkibində olub. Erməni mənbələrinin də istinad etdiyi çar dövrünə aid statistik məlumatlara görə, 1914-cü ilə qədər müxtəlif vaxtlarda kənddə yalnız və ya əsasən, azərbaycanlıların əcdadları yaşayıblar. 1886-cı il ailələr üzrə siyahılardan çıxarılmış Zaqafqaziya diyarının əhalisi haqqında statistik məlumatlar toplusu:
1886-cı ildə kənddə hamısı azərbaycanlıların əcdadları olmaqla 58 nəfər yaşayıb. XIX əsrin sonlarında sənaye və ticarətin inkişafı, xüsusilə ümumqafqaz bazar şəbəkəsinin yaradılması Cənubi Qafqazın bəzi yaşayış məntəqələrini yaşayış və qazanc üçün daha cəlbedici edib. 1896-cı ildə başlanmış Tiflis-Aleksandropol dəmiryolu xəttinin tikintisi bölgəyə xeyli sayda fəhlə cəlb etmişdi və bu da 1897-ci ilə Molla Eyyublu kəndi əhalisinin artmasına səbəb ola bilərdi. Zaven Korkotyan. Son yüz ildə Sovet Ermənistanının əhalisi (1831-1931): 1897-ci ildə kənddə hamısı azərbaycanlıların əcdadları olmaqla 241 nəfər yaşayıb.
1912-ci ilə olan Qafqaz təqvimi: 1911-ci ildə kənddə 236 nəfər, əsasən azərbaycanlıların əcdadları yaşayıblar. 1915-ci ilə olan Qafqaz təqvimi: 1914-cü ildə kənddə 127 nəfər, əsasən azərbaycanlıların əcdadları yaşayıblar. 29 may 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti (AXC) hökuməti İrəvan, indiki Yerevan şəhərini və bəzi ətraf əraziləri ermənilərə güzəştə gedib. Beləliklə, müasir azərbaycanlıların əcdadlarının tarixən yaşadığı torpaqlarda Birinci Ermənistan Respublikası yaradılıb. Mövcudluğunun ilk aylarından Ermənistan Respublikası qonşu ölkələrə, o cümlədən Gürcüstana ərazi iddiaları irəli sürməyə başlayıb. Buna görə 1918-ci ilin dekabrında erməni-gürcü müharibəsi alovlanıb. 1919-cu ilin yanvarında tərəflər arasında bağlanmış saziş nəticəsində Borçalı qəzası faktiki olaraq bölünüb: onun şimal hissəsi gürcü, cənub hissəsi erməni nəzarətində qalıb, onların arasında isə Lori neytral zonası yaradılıb. Molla Eyyublu kəndi əvvəlcə Britaniya nəzarəti altında olmuş bu zonanın hüdudlarına düşüb. 1920-ci ilin sonunda Ermənistanda sovet hakimiyyəti elan edilib, 1921-ci ildə isə ölkədə kommunist rejimi qəti olaraq bərqərar olub. 1921-ci ilin iyulunda bolşevik partiyasının Qafqaz bürosu Lori neytral zonasının Sovet Ermənistanı tərkibinə salınması haqda qərar qəbul edib. Sovet dövründə kənd Stepanavan, sonra isə Kalinin rayonlarının tərkiblərində olub. Kalinin rayonunun adı sonradan dəyişdirilərək Taşir qoyulub. Erməni mənbələrinin məlumatlarına görə, kənd ərazisində 1980-ci illərin sonlarına qədər müxtəlif vaxtlarda yalnız və ya, əsasən azərbaycanlılar yaşayıblar. Korkotyan Z. Son yüz ildə Sovet Ermənistanının əhalisi (1831-1931): 1922-ci ildə kənddə 272 nəfər yaşayıb, onlardan 271-i azərbaycanlı olub. 1926-cı ildə kənddə 338 nəfər yaşayıb, onlardan 334-ü azərbaycanlı olub. 1931-ci ildə kənddə hamısı azərbaycanlı olmaqla 382 nəfər yaşayıb.
Manvelyan A.P., Martirosyan G.M. 1831-1959-cu illərdə Ermənistan SSR-in yaşayış məntəqələri və əhalisi: 1959-cu ildə kənddə 577 nəfər, əsasən, azərbaycanlılar yaşayıblar. Akopyan T.X., Məlik-Baxşyan St.T., Barseqyan O.X. Ermənistan və ətraf vilayətlərin toponimləri lüğəti: 1970-ci ildə kənddə hamısı azərbaycanlı olmaqla 738 nəfər yaşayıb. 1979-cu ildə kənddə hamısı azərbaycanlı olmaqla 851 nəfər yaşayıb. 1989-cu ildə kənddə 2 azərbaycanlı ailəsi yaşayıb. 1980-ci illərin sonlarında ermənilərin Qarabağa dair ərazi iddiaları və iki respublika arasında münasibətlərin gərginləşməsi nəticəsində azərbaycanlılar tamamilə Ermənistan SSR ərazisindən qovulublar. 2021-2024-cü illərdə "Yoxa çıxmış sivilizasiya" kitabının hazırlanması çərçivəsində Ermənistan ərazisində, o cümlədən ucqar dağlıq bölgələrdə Azərbaycan irsinin müəyyənləşdirilməsi və sənədləşdirilməsi üçün geniş sahə işləri aparılıb. Bu işlərin gedişində kənddə bir hissəsi salamat qalmış onlarla məzar daşlarının olduğu azərbaycanlı qəbiristanlığı aşkarlanıb. Onlardan bəzilərində ərəb dilində XIX əsrə aid yazılar var. Materialın hazırlanması zamanı istifadə olunan mənbələr: Yuxarıdakı məlumatların əsaslandırılması üçün 21 ayrıca mənbə istifadə edilib. Bunların sırasında Azərbaycan Respublikasının Dövlət Arxivinin sənədləri, İrəvan əyalətinin icmal dəftəri, Riçard Hovannisyanın "The Republic of Armenia" əsəri və digər sənədlər var. Bundan əlavə, Molla Eyyublu ilə bağlı 26 vizual material yerləşdirilib. Xüsusi qeyd: Bu layihənin videomaterialları eksklüziv olaraq Baku TV-də yayımlanacaq.

Mənbə
oxu.az