Dünya

Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli görüş: Əbu-Dabidə ikigünlük danışıqlar yekunlaşıb

11 Nov 2026, 15:00 2 baxış
Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli görüş: Əbu-Dabidə ikigünlük danışıqlar yekunlaşıb
Əbu-Dabidə Ukrayna münaqişəsinin nizamlanması məqsədilə keçirilən üçtərəfli danışıqlar yekunlaşıb. Oxu.Az "İnterfaks"a istinadən xəbər verir ki, Rusiya, ABŞ və Ukrayna təmsilçilərinin iştirak etdiyi görüşlər Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtında iki gün davam edib və media üçün qapalı formatda keçirilib. Tərəflər arasında ünsiyyət ikinci gün təxminən saat yarım, birinci gün isə dörd saata yaxın çəkib. İlk gündə mətbuat nümayəndələri üçün açıq protokol hissəsi təşkil edilsə də, ikinci gün jurnalistlər danışıqlara buraxılmayıb. Rusiya nümayəndə heyətinə prezidentin köməkçisi Vladimir Medinski rəhbərlik edib. ABŞ tərəfindən danışıqlara prezidentin xüsusi nümayəndələri Stiven Uitkoff və Kuşner qatılıblar. Ukrayna danışıqlar qrupuna isə Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Rustem Umerov başçılıq edib.
Mənbə oxu.az

Oxşar Xəbərlər