İqtisadiyyat
Azərbaycanda yeni iş modeli tətbiq oluna bilər
"Azərbaycanda hibrid iş modelinin tətbiqi ilə bağlı dəyişikliklər nəzərdən keçirilə bilər". Oxu.Az xəbər verir ki, bu fikirləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək siyasəti şöbəsinin müdiri Fuad Heydərov Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında deyib. Onun sözlərinə görə, hazırda normal iş vaxtı 8 saatdır: "Əvəzetmə qaydasında əmək müqaviləsi bağlanarkən isə iş vaxtı bunun yarısından çox olmamaqla, yəni 4 saatdan artıq olmamaq şərtilə müəyyən edilib. Bu, ümumi prinsip olaraq Əmək Məcəlləsində gündəlik iş vaxtının normasının maksimum həddinin 12 saat müəyyən edilməsindən irəli gəlir. Növbəti mərhələdə məsafədən işin və hibrid iş modelinin tətbiqi ilə bağlı məsələlərin müzakirəsi bu müddəaya yenidən baxılmasına şərait yarada bilər. Bunun üçün beynəlxalq təcrübəni də araşdıracağıq. İllik əməkhaqqı ilə bağlı hazırda hər hansı dəyişiklik nəzərdə tutulmur".
Mənbə
oxu.az