İdman
Kenan Yıldız Lamin Yamalla müqayisə olundu
"Kenan Yıldız A Seriyasının Lamin Yamalıdır". Oxu.Az championat.com-a istinadən xəbər verir ki, bu sözləri italiyalı futbol məşqçisi Fabio Kapello deyib. "Yıldız heç kimin təsəvvür belə edə bilməyəcəyi şeylər edir. Onun zəngin təxəyyülü var və bunu başqalarına da ötürür. O, İtaliyanın Lamin Yamalıdır", - deyə Kapello bildirib. Qeyd edək ki, Türkiyə millisinin futbolçusu 2022-ci ildə "Yuventus"a qoşulub. Yıldız Turin klubunun heyətində 132 rəsmi matçda meydana çıxıb, 27 qol vurub və 21 məhsuldar ötürmə edib. Cinah hücumçusu klubla müqaviləsinin müddətini 2030-cu ilin yayınadək uzadıb.
Mənbə
oxu.az