İdman

ABŞ sanksiyaları İran millisinin səfər marşrutunu dəyişdi - İraq təyyarənin enməsinə icazə vermədi

10 Nov 2026, 20:36 4 baxış
ABŞ sanksiyaları İran millisinin səfər marşrutunu dəyişdi - İraq təyyarənin enməsinə icazə vermədi
İraq hökuməti ABŞ-nin İran aviaşirkətlərinə qarşı tətbiq etdiyi sanksiyalar səbəbindən futbol üzrə İran millisini daşıyan təyyarənin Bəsrə hava limanına enməsinə icazə verməyib. Oxu.Az bu barədə "Reuters" agentliyinə istinadən xəbər verir. İranın Bəsrədəki konsulluğunun əməkdaşının sözlərinə görə, təyyarə İrana qayıdaraq Abadan hava limanına enib. Komanda Bəsrəyə quru yolu ilə gedəcək. Qeyd edək ki, İran millisi İran, İraq, Livan və Fələstin yığmalarının qatıldığı turnirdə çıxış etmək üçün İraqa yollanırdı. İran yığması turnirdə ilk oyununu noyabrın 14-də Fələstin millisinə qarşı keçirəcək.
Mənbə oxu.az

Oxşar Xəbərlər