İdman
"Sabah" "Trabzonspor"u məğlub etdi
"Sabah" basketbol komandası FİBA Çempionlar Liqasının müntəzəm mövsümündə növbəti qələbəsini qazanıb.
Axar.az xəbər verir ki, “Sabah” Bakıda Türkiyənin "Trabzonspor" komandası ilə qarşılaşıb.
Milli Gimnastika Arenasındakı görüş "Sabah"ın qalibiyyəti ilə başa çatıb - 91:72.
Qeyd edək ki, Azərbaycan təmsilçisi III turda Fransanın "Nanter 92" klubunu məğlub edib - 87:80. Azərbaycan çempionu I turda səfərdə "Ritas"a (Litva) 73:82, II turda "Trabzonspor"a 83:100 hesabı ilə uduzub.
Mənbə
axar.az