Dünya

Aİ-nin 30 milyardlıq planı alınmadı: 16 ölkə qanunu pozdu

09 Nov 2026, 18:08 3 baxış
Aİ-nin 30 milyardlıq planı alınmadı: 16 ölkə qanunu pozdu
Bir sıra Avropa ölkələri 2025-ci ilin sonunadək süni intellektə nəzarət üzrə qurumlar yaratmağa müvəffəq olmayıb. Nəticədə, müvafiq qanunvericiliyin icrası ilə bağlı problemlər yaranıb. Oxu.Az xəbər verir ki, bu barədə "Politico" nəşri məlumat yayıb. Məlumata görə, Avropa İttifaqının (Aİ) 27 üzv dövlətindən 16-sı müəyyən edilmiş son tarixlərə əməl etməyib. Avstriya, Belçika, Bolqarıstan, Xorvatiya, Slovakiya və Macarıstanda belə qurumlar yaradılmayıb. Daha 10 ölkə isə bununla bağlı normativ baza hazırlayır. Bundan başqa, Aİ rəhbərliyi süni intellekt sahəsi üçün 30 milyard avro dəyərində məlumat mərkəzlərinin tikintisi layihəsinin başlanmasını təxirə salıb. Bu qərar üzv dövlətlərə büdcələrini balanslaşdırmaq və investisiyaların həcmini təsdiqləmək üçün vaxt vermək məqsədilə qəbul edilib.
Mənbə oxu.az

Oxşar Xəbərlər