Dünya
Krit sahillərində faciə: Gəmidən 12 miqrantın meyiti çıxarıldı
Yunanıstan Sahil Mühafizəsi Xidməti Krit adası sahillərində xilasetmə əməliyyatı keçirib. Oxu.Az "Reuters"ə istinadən xəbər verir ki, əməliyyat zamanı gəmidən 12 miqrantın meyiti çıxarılıb. Hazırda onların ölüm səbəbləri müəyyənləşdirilir. Xilasedicilər Kaloy-Limenes limanından təxminən 15 dəniz mili məsafədə yerləşən ərazidən 18 nəfəri təxliyə edə biliblər. Bundan əlavə, sahil mühafizəsi əməkdaşları Krit sahillərində paralel olaraq həyata keçirilən daha iki əməliyyat zamanı onlarla miqrantı xilas ediblər. Sağ qalanların hamısı tibbi və humanitar yardım göstərilməsi üçün sahilə çıxarılıb.
Mənbə
oxu.az