Digər
Kalın açıqladı: Vens və Rzayi bu ölkədə görüşəcək
Gələn həftə ABŞ-ın vitse-prezidenti Ceyms Devid Venslə İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzayi arasında Qətərdə görüş olacaq.
Axar.az xəbər verir ki, bunu Türkiyə Milli İstehbarat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın deyib.
O, görüşü Vaşinqton və Tehran arasında danışıqların irəliləməsi üçün mühüm fürsət kimi qiymətləndirib.
Kalın vurğulayıb ki, yaxın günlərdə tərəflər arasında razılaşma əldə olunmasa, ABŞ İrana qarşı yeni hərbi zərbələr endirə bilər.
Türkiyə kəşfiyyatının rəhbəri diplomatik prosesin irəliləməsi üçün İranın danışıqlarda daha çevik mövqe nümayiş etdirməsinin vacibliyini diqqətə çatdırıb.
Mənbə
axar.az