Dünya
Macarıstanın keçmiş baş nazirinin qardaşı saxlanıldı: İndiki baş nazir təsdiqlədi
Macarıstanın keçmiş baş naziri Viktor Orbanın qardaşı Aron Orban viza fırıldaqçılığında şübhəli bilinərək saxlanılıb. Oxu.Az-ın xəbərinə görə, bu barədə Macarıstanın Baş naziri Peter Madyar öz "X" hesabında yazıb. "Viktor Orban təsdiqlədi ki, istintaq orqanları onun kiçik qardaşı Aron Orbanı saxlayıblar", - deyə o qeyd edib. Madyar KİV-in məlumatlarına istinad edərək daha əvvəl bildirmişdi ki, Aron Orban qeyri-qanuni miqrasiyaya kömək etməkdə şübhəli bilinərək saxlanılıb.
Mənbə
oxu.az