Mədəniyyət

Azərbaycan mədəniyyət ictimaiyyəti İlham Əliyevə Zəfər Günü münasibətilə təbrik ünvanlayıb

07 Nov 2026, 17:55 3 baxış
Azərbaycan mədəniyyət ictimaiyyəti İlham Əliyevə Zəfər Günü münasibətilə təbrik ünvanlayıb
Azərbaycan mədəniyyət ictimaiyyəti Azərbaycan Prezidenti İlham Əliyevə Zəfər Günü münasibətilə təbrik ünvanlayıb. Oxu.Az President.az-a istinadən təbrik mətnini təqdim edir: "Möhtərəm cənab Prezident, 8 noyabr - Zəfər Günü Azərbaycan torpaqlarının işğaldan azad olunması, ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası, tarixi ədalətin bərqərar olması uğrunda xalqımızın apardığı mübarizənin rəmzinə çevrilmişdir. Bu qürurverici gün münasibətilə sizi təbrik edir, xalqımıza bəxş etdiyiniz tarixi Qələbəyə görə böyük ehtiramımızı və sonsuz minnətdarlığımızı bildiririk. Müzəffər Ali Baş Komandan kimi xalqımıza qazandırdığınız şanlı Zəfər milli iradənin təntənəsi, haqq mübarizəsinin ən uca zirvəsi və ədalət hissinin reallığa çevrilməsidir. 44 günlük Vətən müharibəsi ədalətlə haqsızlığın, mərhəmətlə zorakılığın, həqiqətlə yalanın üz-üzə gəldiyi sınaq meydanında Azərbaycanın hərbi, siyasi və diplomatik qələbəsi kimi daim xalqımızın qəlbində yaşayacaqdır. Sizin rəhbərliyinizlə Qarabağ və Şərqi Zəngəzura Böyük Qayıdış, həyata keçirilən bərpa və quruculuq işləri xalqımızın qurub-yaratmaq əzminin əyani ifadəsidir. Qısa müddətdə inşa edilən yaşayış məntəqələri, yollar, hava limanları, digər sosial və infrastruktur layihələri öz gücünə arxalanan müstəqil Azərbaycanın inkişaf modelinin bariz nümunəsi, həmçinin müharibədən qalib çıxmış dövlətin sülh, tərəqqi və mədəni dirçəlişə yönəlmiş məramının təcəssümüdür. Azərbaycan xalqının əsrlər boyu yaratdığı və işğal illərində dağıdılmış mədəni irsinin, "Xarıbülbül" Beynəlxalq Musiqi Festivalının, Vaqif Poeziya Günləri ənənəsinin bərpası bir daha təsdiqləyir ki, qazandığımız Qələbə, eyni zamanda yüksək mədəniyyətin, sarsılmaz ruhun və mənəviyyatın Zəfəridir. Mühüm mədəniyyət hadisəsi olan bu proseslər tarixi yaddaşa söykənən qalib milli kimliyin ifadəsi, dövlətçilik ideallarının mədəni kodlarda inikası və dövlətin milli-mənəvi dəyərlərə verdiyi xüsusi əhəmiyyətin təzahürüdür. Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin qorunub yaşadılmasına, dünya miqyasında təbliğinə və beynəlxalq mədəni münasibətlər sistemində layiqincə təmsil olunmasına yönəlmiş işlərə verdiyiniz dəstəyə, daim göstərdiyiniz qayğı və diqqətə görə sizə dərin təşəkkürümüzü bildiririk. Möhtərəm cənab Prezident, sizi bir daha bu əlamətdar və tarixi gündə ölkəmizin mədəniyyət ictimaiyyəti adından səmimi-qəlbdən təbrik edir, Uca Tanrıdan sizə uzun ömür, möhkəm cansağlığı, xalqımızın firavanlığı və rifahı, dövlətimizin qüdrətlənməsi və tərəqqisi naminə ali və şərəfli fəaliyyətinizdə yeni uğurlar diləyirik. Dərin hörmət və ehtiramla, Xalq yazıçısı Anar Rəsul oğlu Rzayev Xalq artisti Polad Bülbüloğlu Xalq artisti Fərhad Şəmsi oğlu Bədəlbəyli Xalq artisti Firəngiz Əliağa qızı Əlizadə Xalq rəssamı Fərhad Qurban oğlu Xəlilov Əməkdar memar Elbay Ənvər oğlu Qasımzadə Xalq artisti Hacı Məcid oğlu İsmayılov Əməkdar memar Gülçöhrə Hüseyn qızı Məmmədova Xalq rəssamı Natiq Kamal oğlu Əliyev Əməkdar incəsənət xadimi Ceyran Emin qızı Mahmudova Əməkdar incəsənət xadimi Kamilə Hüseyn qızı Dadaş-zadə Xalq artisti Zeynəb Yəhya qızı Xanlarova Xalq artisti Fidan Əkrəm qızı Qasımova Xalq rəssamı Ömər Həsən oğlu Eldarov Xalq artisti Şəfiqə Haşım qızı Məmmədova Xalq artisti Flora Ələkbər qızı Kərimova Xalq artisti Rauf Canbaxış oğlu Abdullayev Xalq artisti Alim Həmzə oğlu Qasımov Xalq artisti Niyaməddin Cabbar oğlu Musayev Xalq artisti Oqtay Mir-Əsədulla oğlu Mir-Qasım Xalq artisti Cənnət Əlibəyovna Səlimova Xalq artisti Xuraman Əkrəm qızı Qasımova Xalq artisti Yusif Yevgeniyeviç Axundzadə Xalq artisti Mənsum İsrafil oğlu İbrahimov Xalq artisti Elçin Ləzgi oğlu Həşimov Xalq artisti Elşən Məmməd oğlu Mansurov Xalq artisti Malik Məmməd oğlu Mansurov Xalq artisti Fəxrəddin Əlisahib oğlu Dadaşov Xalq artisti Zabit Gülxan oğlu Nəbizadə Xalq artisti Ağacəbrayıl Ağasaleh oğlu Abasəliyev Xalq artisti Səkinə Qulu qızı İsmayılova Xalq artisti Mələkxanım Yadigar qızı Əyyubova Xalq artisti Gülyaz Zakir qızı Məmmədova Xalq artisti Gülyanaq Zakir qızı Məmmədova Xalq artisti Aygün Əliqulu qızı Bayramova Xalq artisti Nəzakət Xosrov qızı Teymurova Xalq artisti Simarə Cəmaləddin qızı İmanova Xalq artisti Afaq Bəşir qızı Səfərova Xalq artisti Nurəddin Əzulla oğlu Mehdixanlı Xalq artisti Firəngiz Bəhər qızı Mütəllimova Xalq artisti Həmidə Məmməd qızı Ömərova Xalq artisti İlham Namiq Kamal oğlu Əhmədov Xalq artisti Vaqif Behbud oğlu Mustafayev Xalq artisti Ramiz Həsənağa oğlu Mirzəyev Xalq artisti Yusif Vilayət oğlu Eyvazov Xalq artisti Mərahim Fərzəli oğlu Fərzəlibəyov Xalq artisti Rafiq Əliəşrəf oğlu Əzimov Xalq artisti Səidə Əbülfəz qızı Quliyeva Xalq artisti Sabir Novruz oğlu Məmmədov Xalq artisti Qurban İbrahim oğlu İsmayılov Xalq artisti Məbud Ələsgər oğlu Məhərrəmov Xalq artisti Bəsti Əli qızı Cəfərova Xalq artisti Laləzar Bəşir qızı Mustafayeva Xalq artisti Məleykə Əlifağa qızı Əsədova Xalq artisti Əli Qayıb oğlu Nurzadə Xalq artisti Lüdmila Semyonovna Duxovnaya Xalq artisti Aleksandra Konstantinovna Nikuşina Xalq artisti Natəvan Şua qızı Şeyxova Xalq artisti Rafiq Mirzəhüseyn oğlu Seyidzadə Xalq artisti Gülbacı Ələkbər qızı İmanova Xalq artisti Murad Zöhrab oğlu Adıgözəl-zadə Xalq artisti Murad Fərid oğlu Hüseynov Xalq artisti Faiq Miri oğlu Sücəddinov Xalq artisti Yeganə Əsgər qızı Axundova Xalq artisti Zamiq Balarza oğlu Əliyev Xalq artisti Firuz Əliabbas oğlu Əliyev Xalq artisti Vamiq Məmmədəli oğlu Məmmədəliyev Xalq artisti Ağasəlim Sahib oğlu Abdullayev Xalq artisti Ənvər Hidayət oğlu Sadıqov Xalq artisti Natiq Bahadur oğlu Şirinov Xalq artisti Yalçın Vasif oğlu Adıgözəlov Xalq artisti Əbdül Əlisa oğlu Mahmudov Xalq artisti Fəxrəddin Manaf oğlu Manafov Xalq artisti Teymur Ənvər oğlu Göyçayev Xalq artisti Bəxtiyar Oktay oğlu Xanızadə Xalq artisti Şüküfə Mühədin qızı Yusupova Xalq artisti Salman Hüseyn oğlu Qəmbərov Xalq artisti Cəmil Fikrət oğlu Əmirov Xalq artisti Mehriban Mürvət qızı Zəki Xalq artisti Şəfiqə Alxas qızı Eyvazova Xalq artisti Zemfira Əli qızı Nərimanova Xalq artisti Sadıq Sirac oğlu Zərbəliyev Xalq artisti Ağaverdi Ağaəli oğlu Paşayev Xalq artisti Fəxrəddin Nuri oğlu Kərimov Xalq artisti Teyyub Şüeyb oğlu Aslanov Xalq artisti Mübariz Hüseyn oğlu Tağıyev Xalq artisti Brilliant Süleyman qızı Dadaşova Xalq artisti Zülfiyyə Güloğlan qızı Xanbabayeva Xalq artisti Aygün Ələsgər qızı Kazımova Xalq artisti Tünzalə Qabil qızı Ağayeva Xalq artisti Faiq Balağa oğlu Ağayev Xalq artisti Eyyub Zəkəriyyə oğlu Yaqubov Xalq artisti Röyalə Yaqub qızı Nəcəfova Xalq artisti Möhlət Xanəli oğlu Müslümov Xalq artisti Rüfət Eldar oğlu Xəlilzadə Xalq artisti Afaq Süleyman qızı Məlikova Xalq artisti Təranə Hüseyn qızı Muradova Xalq artisti Cəmilə Əsədulla qızı Bayramova Xalq artisti Yusif Əli oğlu Qasımov Xalq artisti Gülağası Ağahüseyn oğlu Mirzəyev Xalq artisti Sərdar Fərəculla oğlu Fərəcov Xalq artisti Azər Zeynalabdin oğlu Zeynalov Xalq artisti Samir Qadir oğlu Cəfərov Xalq artisti Şamil Kamran oğlu Süleymanov Xalq artisti Məmmədsəfa Məmmədəli oğlu Qasımov Xalq artisti Aygün Ziyad qızı Səmədzadə Xalq artisti Eldar Bəhram oğlu Mansurov Xalq yazıçısı Kamal Mehdi oğlu Abdulla Xalq yazıçısı Elmira Hüseyn qızı Axundova Xalq yazıçısı Natiq Rəsul oğlu Rəsulzadə Xalq yazıçısı Afaq Məsud qızı Vəliyeva Xalq şairi Sabir Xudu oğlu Rüstəmxanlı Xalq rəssamı Sakit Qulam oğlu Məmmədov Xalq rəssamı Səlhab İsa oğlu Məmmədov Xalq rəssamı Arif Möhübəli oğlu Əzizov Xalq rəssamı Fuad Məmmədəmin oğlu Salayev Xalq rəssamı Eldar Hidayət oğlu Mikayılzadə Xalq rəssamı Aydın Məmməd-Ağa Rəcəbov İctimai xadim Rafael Baba oğlu Hüseynov Əməkdar elm xadimi Nailə Məmmədəli qızı Vəlixanlı Əməkdar elm xadimi Məhərrəm Paşa oğlu Qasımlı Əməkdar incəsənət xadimi Cahangir Talıb oğlu Səlimxanov Əməkdar incəsənət xadimi Lalə Şirməmməd qızı Hüseynova Əməkdar incəsənət xadimi Cəmil Elşad oğlu Quliyev Əməkdar incəsənət xadimi Mehriban Zaur qızı Ələkbərzadə Əməkdar incəsənət xadimi Ayaz Ramiz oğlu Salayev Əməkdar incəsənət xadimi Elxan Pərviz oğlu Cəfərov Əməkdar incəsənət xadimi Baba Vəzir oğlu Məsimov Əməkdar artist Gülzar Qurban qızı Qurbanova Əməkdar artist Sahib Ağaverdi oğlu Paşazadə Əməkdar artist Fuad Natiq oğlu İbrahimov Əməkdar artist Əyyub Ramiz oğlu Quliyev Əməkdar artist Rain Ələddin oğlu Sultanov Əməkdar artist Şahin Növrəs oğlu Növrəsli Əməkdar artist Emil Əfrasiyab oğlu Məmmədov Əməkdar artist İsfar Aydın oğlu Rzayev-Sarabski Əməkdar mədəniyyət işçisi Kərim Məhəmməd oğlu Tahirov Əməkdar mədəniyyət işçisi Əminə Zakir qızı Məlikova Əməkdar mədəniyyət işçisi Rəşad Müseyib oğlu Məcid Əməkdar mədəniyyət işçisi İlqar Əliabbas oğlu Paşayev Əməkdar mədəniyyət işçisi Samirə Zimirxan qızı Əliyeva Əməkdar jurnalist Aqil Məhəmməd oğlu Abbas "Xan Şuşinski" Fondunun təsisçisi Bəyimxanım İsfəndiyar qızı Cavanşirova-Verdiyeva".
Mənbə oxu.az

Oxşar Xəbərlər