Siyasət
"Euronews" Bakıda keçirilən beynəlxalq sərgidən reportaj hazırlayıb - Video
Azərbaycan bu həftə Bakıda ilk beynəlxalq daşınmaz əmlak sərgisini keçirib. Ölkədə genişmiqyaslı şəhərsalma və yenidənqurma işlərinin aparıldığı bir vaxtda təşkil olunan sərgi müxtəlif tikinti şirkətlərini və investorları bir araya gətirib. Oxu.Az xəbər verir ki, bu barədə "Euronews" telekanalının Bakıda keçirilən, Azərbaycanın investisiya imkanlarına və şəhər mühitinin inkişafına həsr olunmuş Azərbaycan Beynəlxalq Daşınmaz Əmlak Sərgisi (AIREX 2026) haqqında hazırladığı reportajda bildirilib.
Materialda əlçatan mənzil təminatı, şəhərsalma və daşınmaz əmlak sahəsində yeni texnologiyaların tətbiqi məsələlərinə toxunulub. AIREX-in təşkilatçısı Riyad Salayev bildirib ki, tədbirdə 14 ölkədən 70-dən çox şirkət iştirak edib. Onun sözlərinə görə, sərgi investorlar, alıcılar və biznes nümayəndələri arasında qarşılıqlı əlaqə üçün platforma rolunu oynayır. Sərginin məqsədi daha çox regional və beynəlxalq iştirakçını cəlb etməkdir. Reportajda vurğulanıb ki, Azərbaycanın hədəfləri investisiyaların cəlb edilməsi ilə məhdudlaşmır. Bu hədəflərə şəhərlərin transformasiyası, biznes imkanlarının genişləndirilməsi, eləcə də yaşamaq və işləmək üçün əlverişli məkanların yaradılması daxildir. Eyni zamanda, yeni yaşayış məhəlləri məktəblər, tibb müəssisələri, nəqliyyat infrastrukturu və digər zəruri obyektlərlə birlikdə inkişaf etdirilməlidir. "Chapman Taylor" beynəlxalq memarlıq bürosunun direktorlar şurasının üzvü Marselina Zelinska uğurlu şəhər inkişafının kompleks yanaşma tələb etdiyini qeyd edib: "Şəhər bir çox qatdan ibarətdir. Bu, memarlıq, eyni zamanda biznes, iqtisadiyyat, yerləşmə, iqlim və cəmiyyətdir. Yolları, infrastrukturu, "yaşıl zona"ları və ictimai məkanları nəzərə almaq lazımdır". Materialda, həmçinin, "Chapman Taylor" şirkətinin Şuşa və Cəbrayıl şəhərlərinin, eləcə də Ağdam və Füzulinin müxtəlif ərazilərinin baş planlarının hazırlanmasında iştirakından bəhs olunub.

Mənbə
oxu.az