Siyasət
Haqqıxlı kəndinin tarixi: 600 illik Azərbaycan irsinin izləri - Foto/Video
Qərbi Azərbaycan tarixən yüzminlərlə azərbaycanlının yaşadığı coğrafi məkandır. Bu gün həmin ərazilərdə soydaşlarımızın izləri silinmək istənilsə də, Qərbi Azərbaycandakı qədim məskənlərimizi xatırlamaq və bu barədə məlumatlı olmaq hər birimizin borcudur. "Qərbi Azərbaycanın yaddaş yerləri" layihəsinin məqsədi də məhz öz yurdlarından didərgin salınmış soydaşlarımızın doğma-yurd yuvaları haqqında məlumatları gənc nəslin diqqətinə çatdırmaqdır. "Qərbi Azərbaycanın yaddaş yerləri" "AZfront" və Kuzari təxəllüsü ilə fəaliyyət göstərən ukraynalı tarixçinin birgə layihəsidir. Layihə "Yoxa çıxmış sivilizasiya - Gözə dəyməyən fəlakət" tarixi araşdırması əsasında hazırlanıb. 2021-2024-cü illərdə aparılan çöl tədqiqatları zamanı müasir Ermənistan ərazisində vaxtilə azərbaycanlıların əcdadlarının yaşadığı 600-ə yaxın kənd üzrə foto və videomateriallar toplanıb, həmin yaşayış məntəqələrinin tarixi, əhalisi və türk mədəni-tarixi irsinin qalıqları - qəbiristanlıqlar, pirlər, məscidlər və digər abidələr barədə məlumatlar sistemləşdirilib. Layihə çərçivəsində hər kənd haqqında Azərbaycan, rus və ingilis dillərində video, həmçinin tarixi mənbələrə əsaslanan ayrıca mətn hazırlanıb. Materiallar kənd-kənd mərhələli şəkildə təqdim ediləcək. Oxu.Az xəbər verir ki, layihə çərçivəsində növbəti material Haqqıxlı kəndi haqqındadır.
Kənd ən azı bir əsr ərzində Haqqıxlı adını daşıyıb, 1978-ci ilin yanvarında Azərbaycan şairi Səməd Vurğunun şərəfinə Vurğun adlandırılıb. 1991-ci ilin aprelində Ermənistanda Azərbaycan irsini erməniləşdirmək və məhv etmək siyasəti çərçivəsində kəndin adı dəyişdirilərək Hovk qoyulub. Kənd 1995-ci ildən Ermənistan Respublikasının Tavuş vilayətinin tərkibindədir. Çar Rusiyası dövründə kənd Yelizavetpol quberniyasının Qazax qəzasının tərkibində olub. Erməni mənbələrinin də istinad etdiyi çar dövrünə aid statistik məlumatlara görə, 1911-ci ilə qədər müxtəlif vaxtlarda kənddə yalnız və ya, əsasən, azərbaycanlıların əcdadları yaşayıblar.
Korkotyan Z. "Son yüz ildə Sovet Ermənistanının əhalisi (1831-1931)" 1873-cü ildə kənddə 188 nəfər yaşayıb. Onların hamısı azərbaycanlıların əcdadları olub. "1886-cı il ailələr üzrə siyahılardan çıxarılmış Zaqafqaziya diyarının əhalisi haqqında statistik məlumatlar toplusu" 1886-cı ildə kənddə 265 nəfər yaşayıb. Onların hamısı azərbaycanlıların əcdadları olub. Korkotyan Z. "Son yüz ildə Sovet Ermənistanının əhalisi (1831-1931)" 1897-ci ildə kənddə 373 nəfər yaşayıb. Onlardan 372-si azərbaycanlıların əcdadları olub. "Yelizavetpol quberniyası haqqında məlumat toplusu" 1900-cü ildə kənddə 373 nəfər yaşayıb. Onların hamısı azərbaycanlıların əcdadları olub.
"1909-cu ilə olan Qafqaz təqvimi" 1907-ci ildə kənddə 463 nəfər yaşayıb. Onların əksəriyyəti azərbaycanlıların əcdadları olub. "Yelizavetpol quberniyasının 1910-cu ilə olan yaddaş kitabçası" 1908-ci ildə kənddə 347 nəfər yaşayıb. Onların hamısı azərbaycanlıların əcdadları olub. "1912-ci ilə olan Qafqaz təqvimi" 1911-ci ildə kənddə 347 nəfər yaşayıb. Onların əksəriyyəti azərbaycanlıların əcdadları olub.
29 may 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti (AXC) hökuməti İrəvan (indiki Yerevan) şəhərini və bəzi ətraf əraziləri ermənilərə güzəştə gedib. Beləliklə, müasir azərbaycanlıların əcdadlarının tarixən yaşadığı torpaqlarda Birinci Ermənistan Respublikası yaradılıb. Mövcudluğunun ilk aylarından Ermənistan Respublikası qonşu ölkələrə: Azərbaycan, Gürcüstan və Türkiyəyə (o dövrdə Osmanlı imperiyasına) ərazi iddiaları irəli sürməyə başlayıb. 1918-ci ildə Ermənistan Qazax qəzasının dağlıq hissəsinə iddia irəli sürüb. Qəza ərazisinin bir hissəsinin erməni nəzarətinə keçməsinə baxmayaraq, erməni müntəzəm ordusu AXC-nin tərkibində qalan torpaqlarda türk əhalisi olan kəndləri məhv etməyə davam edib. 1920-ci ilin sonunda Ermənistanda sovet hakimiyyəti elan edilib, 1921-ci ildə isə ölkədə kommunist rejimi qəti olaraq bərqərar olub. Bundan sonra Qazax qəzasının əvvəllər erməni qüvvələrinin nəzarətinə keçmiş hissəsinin Ermənistan SSR-ə birləşməsi təsbit edilib. Sovet dövründə kənd əvvəl Dilican, sonra isə İcevan rayonlarının tərkiblərində olub. Erməni mənbələrinin məlumatlarına görə, 1980-ci illərin sonlarına qədər müxtəlif vaxtlarda kəndin ərazisində yalnız və ya, əsasən, azərbaycanlılar yaşayıblar.
Zaven Korkotyan. "Son yüz ildə Sovet Ermənistanının əhalisi (1831-1931)" 1922-ci ildə kənddə 306 nəfər yaşayıb. Onların hamısı azərbaycanlı olub. 1926-cı ildə kənddə 332 nəfər yaşayıb. Onlardan 331-i azərbaycanlı olub. 1931-ci ildə kənddə 431 nəfər yaşayıb. Onlardan 412-si azərbaycanlı olub. Manvelyan A.P., Martirosyan G.M. "1831-1959-cu illərdə Ermənistan SSR-in yaşayış məntəqələri və əhalisi" 1959-cu ildə kənddə 710 nəfər, əsasən, azərbaycanlılar yaşayıblar. Akopyan T.X., Məlik-Baxşyan St.T., Barseqyan O.X. "Ermənistan və ətraf vilayətlərin toponimləri lüğəti" 1970-ci ildə kənddə 869 nəfər, əsasən, azərbaycanlılar yaşayıblar. 1979-cu ildə kənddə 748 nəfər, əsasən, azərbaycanlılar yaşayıblar. 1989-cu ildə kənddə 189 nəfər, əsasən, azərbaycanlılar yaşayıblar. 1980-ci illərin sonlarında ermənilərin Qarabağa dair ərazi iddiaları və iki respublika arasında münasibətlərin gərginləşməsi nəticəsində azərbaycanlılar Ermənistan SSR ərazisindən tamamilə qovulublar.
2021-2024-cü illərdə "Yoxa çıxmış sivilizasiya" kitabının hazırlanması çərçivəsində Ermənistan ərazisində, o cümlədən ucqar dağlıq bölgələrdə Azərbaycan irsinin müəyyən edilməsi və sənədləşdirilməsi üçün geniş sahə işləri aparılıb. Bu işlərin gedişində kənddə bir hissəsi salamat qalmış onlarla məzar daşlarının olduğu azərbaycanlı qəbiristanlığı aşkar edilib. Materialın hazırlanması zamanı istifadə olunan mənbələr: Yuxarıdakı məlumatların əsaslandırılması üçün 20 ayrıca mənbə istifadə edilib. Bunların sırasında Azərbaycan Respublikasının Dövlət Arxivinin sənədləri, İrəvan əyalətinin icmal dəftəri, Riçard Hovannisyanın "The Republic of Armenia" əsəri və digər sənədlər var. Bundan əlavə, Haqqıxlı kəndi ilə bağlı 43 vizual material yerləşdirilib. Xüsusi qeyd: Bu layihənin videomaterialları eksklüziv olaraq Baku TV-də yayımlanacaq.

Mənbə
oxu.az