Mədəniyyət

Tanınmış rus aktrisası Lidiya Fedoseyeva-Şukşina vəfat etdi

07 Nov 2026, 16:20 2 baxış
Tanınmış rus aktrisası Lidiya Fedoseyeva-Şukşina vəfat etdi
Rusiyanın Xalq artisti Lidiya Fedoseyeva-Şukşina 88 yaşında dünyasını dəyişib. Oxu.Az xəbər verir ki, bu barədə TASS-a onun qızı məlumat verib. Aktrisanın ölümünə ürək çatışmazlığı səbəb olub. Ali məktəbi bitirdikdən sonra sənətçi "Dəniz necədir?" filmində rol alıb və orada gələcək həyat yoldaşı Vasili Şukşinlə tanış olub. Daha sonra Lidiya Vasilinin "Qəribə adamlar" filmində iştirak edib. Kinoaktrisa həyat yoldaşının "Peçki-lavoçki" və "Qırmızı kalina" filmlərində, eləcə də "Onlar vətən uğrunda vuruşurdular" hərbi dramında da baş rolları ifa edib. Aktrisanın çəkildiyi digər ekran işləri arasında "Trın-trava", "12 stul", "Ötürülmək hüququ olmayan açar", "Bəla", "Məni işıqlı uzaqlara çağır", "Heç yuxunuza da girməzdi...", "Pyotrun gəncliyi" və "Demidovlar" da var.
Mənbə oxu.az

Oxşar Xəbərlər